Kiyevə kütləvi hücum: Parlament binasına ziyan dəydi

Kiyevə kütləvi hücum: Parlament binasına ziyan dəydi
Gündəm 09 Yanvar 2026 19:12

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində Ali Rada binasının kommunal sistemi dağılıb.

Sitat.info xəbər verir ki, bu barədə Ali Radadan məlumat verilib.

Məlumata görə, parlamentin işıq, istilik və su təchizatı sıradan çıxıb. Hazırda təmir işləri aparılır.