Gürcüstan Ermənistan maşınları üçün yolu bağladı

Gürcüstan Ermənistan maşınları üçün yolu bağladı
Gündəm 09 Yanvar 2026 11:45

Gürcüstan Ermənistanla sərhəddəki yollardan birini yük maşınları üçün bağlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat yayıb.

“Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilib.

Bu qərarın səbəbi kimi çətin meteoroloji şərait göstərilib.