Türkiyə birbaşa müdaxilədən çəkinməyəcək - Fidan

Türkiyə birbaşa müdaxilədən çəkinməyəcək - Fidan
Gündəm 08 Yanvar 2026 17:25

Suriya Demokratik Qüvvələrinə (SDQ) aylar əvvəl xəbərdarlıq edilib.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, SDQ-yə verilən vaxt artıq başa çatıb və Suriya hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır.

Nazir bildirib ki,SDQ nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır:

"Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır".

Hakan Fidan qeyd edib ki, zərurət yarandığı halda Türkiyə birbaşa müdaxilədən də çəkinməyəcək və tərəflərlə dialoq qurmaq baxımından heç bir çətinlik yoxdur.