İsmayıllıda "Prado" buzlu yolda aşdı

İsmayıllıda \"Prado\" buzlu yolda aşdı
Gündəm 02 Yanvar 2026 18:00

İsmayıllı rayonunda minik maşını qəzaya uğrayıb.

 
Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi İsmayıllı-Basqal yolunda baş verib.
 
"Toyota Prado" markalı avtomobil buzlu yolda sürüşərək idarəetmədən çıxıb və çökək əraziyə aşıb. Avtoqəza nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.