“Çelsi” Mareska ilə yollarını ayırdı

“Çelsi” Mareska ilə yollarını ayırdı
Gündəm 01 Yanvar 2026 18:30

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.

Sitat.info xəbər verir ki, bu barədə London təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.

“Zadəganlar” Mareskanın rəhbərliyi altında UEFA Konfrans Liqasında və FIFA Klublararası Dünya Çempionatında qazanılan uğurları xüsusi qeyd edərək, italyan mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.