Bakıda qumbara və partladıcılar aşkarlandı

Bakıda qumbara və partladıcılar aşkarlandı
Gündəm 30 Dekabr 2025 14:13

Bakının Binəqədi rayonunda döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcısı aşkarlanıb.

Sitat.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) çevik qrupunun mütəxəssisləri sursatların zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıblar.