Fatih Altaylı azadlığa buraxıldı

Fatih Altaylı azadlığa buraxıldı
Gündəm 29 Dekabr 2025 18:55

Türkiyədə “Prezidenti təhdid etmək” ittihamı ilə azadlıqdan məhrum edilmiş tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb.

Sitat.info  xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

Məlumata görə, F. Altaylının vəkilləri Rezzan Aydınoğlu, Ömer Teker və Metin Arslan tərəfindən yerli məhkəmənin 4 il 2 aylıq həbs qərarından verilən apelyasiya şikayətinə Regional Məhkəmədə baxılıb. Məhkəmə jurnalistin azadlığa buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Fatih Altaylı bu ilin 22 iyun tarixindən bəri həbsdə saxlanılırdı.