İranlı general ermənilərə çağırış etdi

İranlı general ermənilərə çağırış etdi
Gündəm 27 Dekabr 2025 17:36

İran Hərbi Hava Qüvvələrinin komandanı general Bəhmən Behmard İran parlamentinin erməni deputatı Ara Şahverdiyan və hərbçilərlə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

General dini və etnik mənsubiyyətindən asılı olmayaraq xarici təhdidlərə qarşı birgə mübarizə aparmağa çağırıb.

Behmard qeyd edib ki, bütün iranlılar xarici təhdidlər və düşmənlərin təcavüzünə qarşı dayanmalı, təcavüzkarın İrana müdaxilə etməsinə imkan verməməlidir.