Xaçmazda körpə evdə doğuş zamanı öldü

Xaçmazda körpə evdə doğuş zamanı öldü
Gündəm 27 Dekabr 2025 14:42

Xaçmazda körpə evdə doğuş zamanı ölüb.

Sitat.info Report-a istinadla xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb.
 
Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.