Bakıda yataqxana yanır

Bakıda yataqxana yanır
Gündəm 25 Dekabr 2025 13:13

Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binası yanır.

Sitat.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.