Almaniyalı futbolçu qəzada öldü

Almaniyalı futbolçu qəzada öldü
İdman 23 Dekabr 2025 22:31

Almaniyanın “Ertsgebirge” klubunun sabiq müdafiəçisi Sebastian Hertner 34 yaşında vəfat edib.

Sitat.info  xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

“Ertsgebirge” Futbol klubu keçmiş oyunçu Sebastian Hertnerin itkisi ilə əlaqədar kədərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Futbolçu dekabrın 20-də qış tətili zamanı 34 yaşında faciəvi qəza nəticəsində dünyasını dəyişib”, - deyə klubun məlumatında bildirilir.

Qeyd edək ki, Hertner “Ştutqart”ın yetirməsi olub. O, Almaniyanın gənclərdən ibarət milli komandasının heyətində (19 yaşa qədər futbolçular) 5 oyun keçirib.