Aİ Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb

Aİ Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzadıb
Gündəm 22 Dekabr 2025 17:38
Bu gün Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə - 31 iyul 2026-cı il tarixinədək uzadıb.
 
Bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.
 
Qeyd olunur ki, Rusiyaya qarşı sanksiyalar ilk dəfə 2014-cü ildə tətbiq olunub və 2022-ci ilin fevralından etibarən Rusiya tərəfindən Ukraynaya qarşı edilən əsassız, qanunsuz və təcavüzkar hərbi əməliyyatlara cavab olaraq əhəmiyyətli dərəcədə genişləndirilib.