Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salındı

Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salındı
Gündəm 20 Dekabr 2025 12:56

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb.

Sitat.info xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür.