Azərbaycan benzini Ermənistana çatdı – Tarixi tranzit tamamlandı

Azərbaycan benzini Ermənistana çatdı – Tarixi tranzit tamamlandı
Gündəm 19 Dekabr 2025 13:53

SOCAR istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb.


Sitat.info xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevork Papoyanın sosial şəbəkədə yazığı məlumata görə, ümumi həcmi təxminən 1 300 ton olan yük Ermənistan-Gürcüstan sərhədini keçib.

Nazir vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında sülh bağlandıqdan sonra ilk iqtisadi-ticarət əməliyyatdır və iki ölkənin müstəqilliyini əldə etdikləri dövrdən bu yana ilk oxşar razılaşmadır.

Xatırladaq ki, bu daşınma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilib.

Benzin Bakıdan Gəncəyə, oradan Böyük Kəsik sərhədini keçib. Daha sonra Qarda¬bani Tiflis marşrutu üzrə və Sadaxlı–Ay¬rım sərhədindən Ermənistana ötürülüb.