Yasamalda yaşayanların nəzərinə!

Yasamalda yaşayanların nəzərinə!
Gündəm 16 Dekabr 2025 18:37

Sabah Yasamalın bəzi ərazilərində qaz olmayacaq.

 

Sitat.info xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

 

Bildirilib ki, 17.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.