Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq öldü

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq öldü
Gündəm 15 Dekabr 2025 19:00

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Züleyxa Niyaz qızı Hüseynova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.