Bu gün Gürcüstanın Batumi hava limanından İstanbul istiqamətində olan bütün reyslər ləğv edilib. Buna səbəb əlverişsiz hava şəraitidir.
Sitat.info xəbər verir ki, bu barədə Georgia-Online məlumat yayıb.
Məlumata görə, Batumi hava limanından İstanbula üç reysin həyata keçirilməsi planlaşdırılırdı: iki reys Turkish Airlines, bir reys isə Pegasus Hava Yollarına məxsus idi. Batumi hava limanından bildirilib ki, hazırda İstanbul reyslərinin nə vaxt bərpa olunacağı məlum deyil.
Qeyd olunur ki, bu gün üçün Batumi hava limanından Moskva, Təl-Əviv və Soçi istiqamətində daha beş reys planlaşdırılıb. Hava limanının məlumatına görə, həmin reyslər hələlik ləğv edilməyib.