İran Oman körfəzində 18 nəfərlik heyəti olan tankeri saxlayıb

16:20 13 Dekabr 2025

İran hakimiyyəti bu gün Oman körfəzində qaçaqmalçılıq olduğunu iddia etdikləri 6 min ton dizel yanacağı daşıyan xarici tankerin saxlanıldığını bəyan edib.

Sitat.info xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Hörmüzgan bölgəsinin rəsmisi bildirib ki, tanker İranın cənub liman şəhəri Cask yaxınlığındakı ərazi sularında saxlanılıb.

Məlumata görə, əməliyyat yanacaq qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilib.

 

Gəmidə Hindistan, Şri-Lanka və Banqladeş vətəndaşlarından ibarət 18 nəfərlik heyətin olduğu bildirilir.

Tankerin lazımi sənədləri olmadığı və transponderləri söndürülmüş şəkildə hərəkət etdiyi də vurğulanır.

Laynerin hansı ölkəyə məxsus olması və marşrutu barədə məlumat verilməyib.



Xəbər xətti