Putin Türkiyədə Ərdoğanla görüşəcək

15:50 13 Dekabr 2025

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyəyə səfər edəcəyi ilə bağlı söz verib.
 
Sitat.info APA-nın Türkiyə bürosuna istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, Aşqabadda keçirilən görüş zamanı müzakirə olunan mövzulardan biri də növbəti görüşün Türkiyədə keçirilməsi olub.
 
Ərdoğan qeyd edib ki, Putinlə olduqca səmərəli, əhatəli və dərin məzmunlu bir görüş keçiriblər:
 
"Görüş zamanı ona hər zaman gözlədiyimi xüsusilə ifadə etdim. Bu səbəbdən də ən qısa zamanda yenidən bir araya gəlməyimizin vacibliyini müzakirə etdik. O isə "sözümü yerinə yetirəcəyəm" dedi”.
 
Türkiyə Prezidenti bu səfərin ən yaxın zamanda baş tutacağına ümid etdiyini bildirib:
 
"Bizim Rusiya ilə münasibətlərimiz gündəlik maraq hesabları üzərində qurulan əlaqələr deyil; dərin tarixi köklərə, güclü diplomatik zəminə və qarşılıqlı etimada əsaslanır”, – Ərdoğan əlavə edib.



Xəbər xətti