Ərdoğandan Putinə atəşkəslə bağlı təklif...

Ərdoğandan Putinə atəşkəslə bağlı təklif...
Gündəm 12 Dekabr 2025 18:36

Ukraynada müharibənin dayandırılması üçün Türkiyə bütün formatlarda danışıqlara ev sahibliyi edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Türkiyə lideri Rusiya və Ukrayna arasında enerji obyektlərinə və limanlara zərbələr baxımından məhdud atəşkəsin həyata keçirilməsinin faydalı olacağını bildirib.