Ukraynanın XİN rəhbəri o olacaq

Ukraynanın XİN rəhbəri o olacaq
Gündəm 12 Dekabr 2025 18:24

Ukraynada Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri olub.

Sitat.info xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün teleqram kanalında məlumat verib.

“Yeni xarici işlər naziri (xarici işlər nazirinin birinci müavini) Sergey Kislitsa olacaq”, - o yazıb.

Deputatın sözlərinə görə, Ukraynanın Polşadakı səfirliyinə hazırkı xarici işlər naziri Andrey Sibiqa rəhbərlik edəcək.