Nikah və boşanma sayı MƏLUM OLDU

Nikah və boşanma sayı MƏLUM OLDU
SOSİAL 12 Dekabr 2025 14:02

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma halları qeydə alınıb.

Sitat.info  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.