Separatçıların İrəvandakı ofisində axtarış aparılır

Separatçıların İrəvandakı ofisində axtarış aparılır
Gündəm 11 Dekabr 2025 16:11

Ermənistan İstintaq Komitəsinin əməkdaşları Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyində” axtarış aparırlar.

Sitat.info xəbər verir ki, bu barədə separatçıların “dövlət naziri” Njde İsgəndəryan deyib.

“Bir saatdan bir az əvvəl onlarla müstəntiq gəlib axtarışlara və sənədlərin müsadirəsinə icazə verən məhkəmə qərarını təqdim etdilər. Sənədləri təqdim etmişik və hadisələrin gedişatını izləyirik. Hansı sənədləri axtardıqlarını və nəyi müsadirə etməli olduqlarını bilmirəm”, - o bildirib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi cinayət işi çərçivəsində zəruri istintaq hərəkətlərin aparıldığını təsdiqləyib, lakin hansı işə istinad etdiklərini dəqiqləşdirməyib.axar.az