Yağışdan sonra “İnşaatçılar”ı su basdı

Yağışdan sonra “İnşaatçılar”ı su basdı
Gündəm 10 Dekabr 2025 18:01

Ötən gündən etibarən aramsız yağan yağışlar Bakının müxtəlif ərazilərində fəsadlar törədib.

Sitat.info xəbər verir ki, yağış səbəbindən paytaxtın bəzi yerlərində subasmalar olub.

Ən acınacaqlı vəziyyətlərdən biri metronun “İnşaatçılar” stansiyasının ətrafında - Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, eniş-yoxuşlu ərazidən axan yağış suları küçənin hərəkət hissəsinə və səkilərə dolub həmçinin pilləkənlərdə hərəkəti çətinləşdirib.