Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
Gündəm 09 Dekabr 2025 17:47

Sumqayıt və Abşeronda qazın verilməsi müvəqqəti dayandırılacaq.

Sitat.info xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

 

Bildirilib ki, Sumqayıt şəhəri Corat qəsəbəsi, N.Nərimanov küçəsində və Abşeron rayonu, Qobu qəsəbəsi Q.Xaliqov küçəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar dekabrın 10-u saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.