Azərbaycanda bu komandaların oyunu yarımçıq dayandırıldı

Azərbaycanda bu komandaların oyunu yarımçıq dayandırıldı
Gündəm 08 Dekabr 2025 17:46

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.

Sitat.info-nun  məlumatına görə, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.

Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.