57 yaşlı qadını avtomobil vurub öldürdü

57 yaşlı qadını avtomobil vurub öldürdü
Gündəm 06 Dekabr 2025 14:13

Zaqatalada ağır yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, hadisə bu gün rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Rövşən Hazmanov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.