Arşak Xaçatryan saxlanıldı

Arşak Xaçatryan saxlanıldı
Gündəm 04 Dekabr 2025 19:26

İrəvanda Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı onun vəkili Arsen Babayan sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, hazırda arxiyepiskopun hansı səbəbdən saxlandığı ilə bağlı rəsmi açıqlama verilməyib.

Məsələ ilə bağlı araşdırmalar davam edir.