İndoneziyada daşqınlar nəticəsində dəyən zərər 4 milyard dolları ötə bilər

18:50 4 Dekabr 2025

İndoneziyanın Sumatra adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində iqtisadi itkilər təxminən 68,67 trilyon İndoneziya rupisi (4,1 milyard dollar) təşkil edə bilər ki, bu da ümumi daxili məhsulun (ÜDM) 0,29 %-nə bərabərdir.
 
Bu barədə "The Jakarta Post" qəzeti İndoneziyanın İqtisadi və Hüquqi Tədqiqatlar Mərkəzinə istinadən yazıb.
 
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, təbii fəlakətə bölgədə artıq bir həftədən çoxdur davam edən leysan yağışları səbəb olub. Sel axınları yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışını çətinləşdirib. Təbii fəlakət nəticəsində 800-dən çox insan həlak olub.



Xəbər xətti