Bayramov Kallasla görüşdü

Bayramov Kallasla görüşdü
SİYASƏT 04 Dekabr 2025 16:26

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

Sitat.info  Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan-AB əməkdaşlığının gündəliyini nəzərdən keçiriblər, yüksək səviyyəli təmasların müsbət dinamikasını alqışlayıblar, eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat və rabitə, ticarət və "yaşıl keçid" sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Ceyhun Bayramov regional məsələlər və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin təşviqi səyləri barədə Kaya Kallasa məlumat verib.