Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Aİ-nin dondurulmuş Rusiya vəsaitlərini Ukraynaya yönəltmək planı savaş səbəbi kimi qəbul oluna bilər.
Sitat.info xəbər verir ki, o, bu planı “Rus varlıqlarını oğurlamaq” adlandırıb və Aİ-ni “dəli olmaqda” ittiham edib.
Medvedev deyib ki, Aİ Belçikada dondurulmuş Rusiya vəsaitlərini Ukraynaya kredit üçün istifadə etməyə cəhd etsə, Moskva bunu Brüssel üçün düşmənçilik addımı hesab edəcək. O, bu vəsaitlərin gələcəkdə “məğlub edilmiş düşmənlərin ödəyəcəyi real kompensasiyalarla” geri qaytarılacağını iddia edib.
Qeyd edək ki, Aİ ölkələri hazırda təxminən 200 milyard dollarlıq Rusiya aktivlərini dondurub və plan bu vəsaitləri Ukraynaya veriləcək 140 milyard avroluq kredit üçün təminat kimi istifadə etməkdir. Belçika hüquqi əsasların aydınlaşdırılmasını tələb edir. Rusiya isə bu vəsaitlərə əl qoyularsa, Belçikanı məsul tutacağını bildirir. Aİ liderləri məsələni 18 dekabrda müzakirə edəcək.
Nigar,
Sitat.info