İsveç Ukraynaya 100 milyon avro ayırır

İsveç Ukraynaya 100 milyon avro ayırır
Gündəm 02 Dekabr 2025 20:38

İsveç hökuməti Ukraynaya 1,1 milyard krondan (100 milyon avro) bir qədər çox vəsait ayıracağını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə "Sweden Herald" yazır.

Bildirilir ki, mülki yardım paketi Ukrayna icmalarına ekoloji cəhətdən təmiz infrastrukturun təmirinə, ölkənin qış enerjisinə olan tələbatının ödənilməsinə və ölkənin ictimai xidmətlərin göstərilməsi imkanlarının gücləndirilməsinə kömək edəcək.