Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edildi

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edildi
Gündəm 02 Dekabr 2025 17:38
2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
 
Sitat.info  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
 
Qərara əsasən, 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.
 
Həmin günlər iş günü hesab edilmir.