Hakan Fidan İrana gəlir

Hakan Fidan İrana gəlir
Gündəm 29 Noyabr 2025 15:22

Sabah Türkiyə xarici işlər naziri Hakan Fidan İrana rəsmi səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, H.Fidan Tehranda iranlı həmkarı Abbas Arakçı və digər yüksək səviyyəli İran rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Türkiyə və İran prezidentlərinin rəhbərliyi ilə keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.