Gəncədə kişi o qədər araq içdi ki, öldü

Gəncədə kişi o qədər araq içdi ki, öldü
Gündəm 29 Noyabr 2025 15:11

Gəncədə kişi həddən artıq spirtli içkidən (araq) ölüb.

Sitat.info-nun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Goranboy rayon sakini 46yaşlı E. Musayev həddən artıq spirtli içkidən komaya düşüb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.