Putin Ukraynada atəşkəsin şərtini açıqladı

Putin Ukraynada atəşkəsin şərtini açıqladı
Gündəm 28 Noyabr 2025 11:29

Ukrayna qoşunları mövqelərini tərk etdikdən sonra hərbi əməliyyatlar dayandırılacaq.

Sitat.info “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “işğal etdikləri ərazilər”dən (Ukraynanın beynəlxalq hüquqla tanınan ərazisi olan Donbası nəzərdə tutur – red.) geri çəkilməsə, Rusiya buna silah gücü ilə nail olacaq.

Rusiya prezidenti həmçinin qeyd edib ki, bütün cəbhələrdə müsbət impuls davam edir, Rusiya Silahlı Qüvvələri öz irəliləyişlərini artırır.