Simonyan Bakıya səfər etmək niyyətini dilə gətirdi

Simonyan Bakıya səfər etmək niyyətini dilə gətirdi
SİYASƏT 26 Noyabr 2025 14:22

Ermənistan parlamentinin sədri Alen Simonyan əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib.

Sitat.info Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib. Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə də hazırlaşdığını, Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə biləcəyini qeyd edib.