4 uşaq anasını maşın vurub öldürdü

4 uşaq anasını maşın vurub öldürdü
Gündəm 25 Noyabr 2025 17:12

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

36 yaşlı Şahnaz Zeynal qızı Zeynalova yolun qarşı tərəfinə keçərkən onu avtomobil vurub. Piyada aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada həlak olan qadın 4 azyaşlı uşaq anası olub.