Türkiyədə məhkəmə binasında partlayış – Yaralılar var

Türkiyədə məhkəmə binasında partlayış – Yaralılar var
Gündəm 25 Noyabr 2025 17:00

Türkiyədə məhkəmə binasında partlayış baş verib. Hadisə binanın zirzəmi qatında qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində yaralanan var.


Sitat.info  xəbər verir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç parlamentin Plan və Büdcə Komissiyasında məsələ ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, saat 15:00 radələrində Şanlıurfa məhkəməsi binasının ədliyyə əmanət bürosunda naməlum səbəbdən partlayış olub. Onun sözlərinə görə, bir nəfər ayağından yaralanıb və hazırda vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı araşdırma aparılır.