MDB liderləri gələn ay görüşəcək

MDB liderləri gələn ay görüşəcək
Gündəm 24 Noyabr 2025 20:30
"MDB-nin Yeni il öncəsi ənənəvi qeyri-rəsmi sammiti bu il dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək".
 
Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
 
Onun sözlərinə görə, bu qeyri-rəsmi görüşdən əlavə, Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək.