Kanada vətəndaşı Mingəçevirdəki evində ölü tapıldı

Kanada vətəndaşı Mingəçevirdəki evində ölü tapıldı
Gündəm 24 Noyabr 2025 18:50

Mingəçevirdə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birindən meyit aşkarlanıb.

Sitat.info xəbər verir ki, meyitin 1963-cü il təvəllüdlü Kanada vətəndaşı Vladimir Soukxova məxsus olduğu müəyyən edilib.

O, yaşadığı mənzildə qonşular tərəfindən ölü tapılıb.

İlkin tibbi müayinə zamanı kişinin ürək çatışmazlığından vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.