Pakistanda polis qərargahına hücum: Ölənlər var
Pakistanın Peşəvər şəhərində Federal Polis İdarəsinin qərargahı terrorçu-kamikadzenin hücumuna məruz qalıb.
Qeyd edilir ki, hadisədən sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma olub və iki terrorçu zərərsizləşdirilib.
Partlayış nəticəsində 3 nəfər həlak olub. Yaralılar barədə məlumat açıqlanmayıb.