Yüksək vəzifəli şəxslər SAXLANILDI: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu rayonda əməliyyat KEÇİRİR

Yüksək vəzifəli şəxslər SAXLANILDI: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu rayonda əməliyyat KEÇİRİR
Gündəm 02 İyun 2022 13:26

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirir.

Sitat.info  hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.

Əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.

Əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

/savash.org