Prezidentdən Vahid Əzizlə bağlı SƏRƏNCAM

Prezidentdən Vahid Əzizlə bağlı SƏRƏNCAM
Gündəm 22 Noyabr 2025 14:30

Azərbaycanın Xalq şairi Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) "Şərəf" ordeni ilə təltif edilib.

 
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Sərəncamla V.Əziz bu mükafata Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
 
Qeyd edək ki, sabah Xalq şairinin 80 yaşı tamam olur.