Ukraynada hərbi komissarlıqda partlayış: Ölən və yaralanan var

Ukraynada hərbi komissarlıqda partlayış: Ölən və yaralanan var
Gündəm 21 Noyabr 2025 18:47

Ukraynanın Odessa şəhərində hərbi komissarlıqda partlayış baş verib.

 
Sitat.info xəbər verir ki, Odessada ərazi çağırış mərkəzinin (hərbi komissarlıq) binasında partlayış baş verib.
 
Bir nəfər ölüb, bir nəfər yaralanıb.
 
Təcili yardım xidmətləri hadisə yerindədir. Polis hadisənin başvermə səbəbini araşdırır.
 
"Strana.ua" isə xəbər verir ki, partlayış Peresip Regional Hərbi-Sənaye Kompleksində baş verib. İlkin məlumatlara görə, partlayışı küçədə saxlanılaraq hərbi komissarlığa aparılan şəxs törədib.