Tramp Ağ Evdə Məhəmməd bin Salmanı qəbul etdi

Tramp Ağ Evdə Məhəmməd bin Salmanı qəbul etdi
Gündəm 18 Noyabr 2025 21:36

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla görüşüb.

 
Sitat.info xəbər verir ki, ABŞ-a səfər edən Məhəmməd bin Salman üçün qarşılanma mərasimi keçirilib.
 
 
Tramp Səudiyyə Ərəbistanı liderini qapıda qarşılayıb və sonra iki lider görüş üçün Oval Ofisə keçiblər.
 
Görüş zamanı ABŞ Prezidenti Ər-Riyada F-35 sata biləcəklərini bildirib.