DTX Xankəndidəki iclasdan video paylaşdı

DTX Xankəndidəki iclasdan video paylaşdı
SİYASƏT 18 Noyabr 2025 13:14

Xəbər verdiyimiz kimi, 2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

Sitat.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti öz rəsmi sosial şəbəkə hesablarında tədbirin videosunu paylaşıb.

Həmin videomaterialı təqdim edirik: