Türk gəmisi dronla vuruldu - 16 nəfər təxliyə edildi

Türk gəmisi dronla vuruldu - 16 nəfər təxliyə edildi
Gündəm 17 Noyabr 2025 20:00

Türkiyəyə məxsus “Orinda” gəmisi Ukraynada PUA tərəfindən atəşə tutulub.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib. 

Hadisə zamanı 16 nəfərlik heyət təxliyə olunub.

Məlumata görə, xəsarət alan olmayıb.

Bildirilir ki, ekipaj üzvlərinin səhhəti yaxşıdır və yanğın dənizdə nəzarət altına alınıb.