Qubada Hindistan vətəndaşını maşın vurub öldürdü

Qubada Hindistan vətəndaşını maşın vurub öldürdü
Gündəm 17 Noyabr 2025 19:00

Qubada piyadanı avtomobil vuraraq öldürüb.

Sitat.info-nun məlumatına görə, hadisə bu gün Quba-Dağıstan sərhədi avtomobil yolunun 149-cu kilometrliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 27 yaşlı Ü.Həsənzadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 40 yaşlı Hindistan vətəndaşı Khan Mansoor Faizulla xəstəxanada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.