İrəvanda banka silahlı hücum edib, 1 milyon oğurladılar

İrəvanda banka silahlı hücum edib, 1 milyon oğurladılar
Gündəm 17 Noyabr 2025 18:50


Bu gün İrəvanda silahlı şəxs bank filialına daxil olaraq xeyli miqdarda pulu oğurlayıb və hadisə yerindən qaçıb.

 
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Məlumata görə, oğurlanan məbləğ 1 milyon dramdan çoxdur (təxminən 2600 dollar).
 
Hadisə zamanı silahlı şəxsin Şinararner küçəsi 25 ünvanında yerləşən bank filialına boynunda lövhə ilə girdiyi bildirilir. Lövhədə belə mətn olub: “Əgər mənə pulumu verməsəniz, 20 saniyəyə partladacağam”.
 
Hadisə ilə bağlı istintaq aparılır, cinayətkarın axtarışları davam edir.